İdman 

“Qarabağ” səkkizinci dəfə çempion oldu, “Sumqayıt” ilk dəfə avrokuboklarda

Azərbaycan Premyer Liqasının və ölkə kubokunun ləğv olunması ilə növbəti mövsüm avrokuboklarda iştirak edəcək komandalarımız müəyyənləşib.

ARANTV.AZ  xəbər verir ki, Premyer Liqada turnir cədvəli olduğu kimi qalıb.

Nəticədə lider “Qarabağ” səkkizinci dəfə, ardırıcıl yeddinci dəfə Azərbaycan çempionu elan edilib. Ağdam klubu növbəti dəfə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək.

Turnir cədvəlində II-IV sıralarda olan “Neftçi”, “Keşlə” və “Sumqayıt” isə UEFA Avropa Liqasında mübarizə aparacaq. Bu, “Sumqayıt”ın ilk avrokubok çıxışı olacaq.Oxu.Az

Daha çox xəbərlər