Sosial 

İctimai işlərə cəlb edilənlər özləri ilə elektron vasitə gəzdirməlidir – TƏKLİF

Məhkəmə tərəfindən ictimai işlərə məhkum edilən şəxslərlə bağlı qanunvericiliyə əlavə təklif olunur.

ARANTV.AZ-ın xəbərinə görə, Cinayət Məcəlləsinə təklif edilən 47.2-1-ci maddəyə əsasən, həmin şəxslər ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron vasitə gəzdirməlidirlər.

Eyni zamanda, ictimai işlərə cəlb edilən şəxslərin üzərinə həmin vasitənin işlək vəziyyətdə saxlanılması vəzifəsi qoyulur.

Qanun layihəsi Milli Məclisin iyunun 19-da keçiriləcək iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.Oxu.Az

Daha çox xəbərlər