Daha bir veriliş bağlandı
Son günlər media məkanında baş verən müzakirələr və qalmaqallardan sonra daha bir televiziya proqramının yayımı dayandırılıb.
Musavat.com xəbər verir ki, aparıcı Kazım Sübhanın təqdim etdiyi “Mədəni şou” verilişi artıq efirdə olmayacaq. Proqramın bağlanması ilə bağlı rəsmi səbəblər açıqlanmasa da, qərarın son vaxtlar yaranmış mübahisələrlə əlaqəli olduğu bildirilir.
Qeyd edək ki, bu gün aparıcı Tarix Əliyev də öz verilişinin yayımının dayandırıldığını açıqlayıb.
Könül
Musavat.com

