Dərinizə bu yağlarla parlaqlıq bəxş edin
Zərərli günəş şüaları, dərmanlar, yorğunluq, yuxusuzluq kimi amillər zaman keçdikcə dərinin aşınmasına, yaşlanma əlamətlərinə və ləkələrə səbəb ola bilər. Elastikliyini itirmiş dəridə qırışlar, sallanma və ləkələr əmələ gəlir. Belə hallarda, estetik müdaxilələrə müraciət edə bilərsiniz, ancaq evdə ilk növbədə tətbiq edə biləcəyiniz müalicə üsullarını sınamaq daha faydalı olacaq.
Demək olar ki, hər yerdə tapa biləcəyiniz orqanik yağlarla ləkə və yorğunluq əlamətlərini azalda və dərinizə sağlam bir görünüş bəxş edə bilərsiniz.
Avokado yağı
Qurumuş, zədələnmiş və elastikliyini itirmiş dərinin dərmanı olan avokado yağı yaşlanma əlamətlərinə qarşı çox təsirli vasitədir. Vitaminlərlə zəngin olan avokado quru dərilərə yaxşı təsir edir. Belə ki, avokado yağı təbii bir antiaging (yaşlanma əleyhinə) kimi tanınır. Bu xüsusiyyəti ilə dərinin nəfəs almasına kömək edir və hüceyrələrin yenilənməsini sürətləndirir. Beləliklə, yaşlanmanın qırış və sallanma kimi mənfi təsirlərini gecikdirir.
Rozmarin yağı
Yeməklərimizdə istifadəsini sevdiyimiz rozmarin dəri üzərində dərin təmizlənməni təmin etməkdə də çox təsirlidir. Zeytun yağı ilə qarışdırılaraq yavaş masaj hərəkətləri tədbiq edəcəyiniz rozmarin yağını ,sızanaq probleminə qarşı alma sirkəsi ilə qarışdıraraq istifadə edə bilərsiniz. Ancaq allergik bir reaksiya olub olmadığını müəyyən etmək üçün kiçik bir nahiyədə sınaq keçirmək vacibdir.
Jojoba yağı
Dəriyə qulluq və kosmetika sahəsində adını ən çox eşitdiyimiz yağlardan biri də jojobadır. Həm quru, həm də yağlı dərilər üçün istifadə edilə bilən və hər iki dəri növü üçün müalicəvi əhəmiyyəti olan jojoba yağı da qarın və ayaqlarda çatlaqların qarşısını alır.
Limon qabığı yağı
Dərinizə möhkəmlik və elastiklik verməsi üçün limon qabığı yağını mütləq sınamalısınız. Limon qabığı yağı, sızanaqları müalicə etmək üçün də tövsiyə olunur, o, dərini təmizləyir və yaşlanma izlərini əhəmiyyətli dərəcədə azaldır.
Küncüt yağı
Küncüt yağı dərinin yaşlanmasının qarşısını almaq və mütəmadi nəm saxlamaq üçün istifadə edilə bilər. Dəridə kollageni artıran susam yağı, baş dərisindəki quruluq və kəpək problemlərinə də qarşı təsirlidir.
Zeytun yağı
Həm dəri, həm də saç baxımında tez-tez rastlaşdığımız zeytun yağı xüsusən də müxtəlif maddələrlə qarışdırıldıqda bir çox problemlə mübarizə apara bilər. Zeytun yağını limon və bal ilə qarışdıraraq yarana biləcək qırışların qarşısını ala bilər, bununla yanaşı, qaya duzu ilə qarışdıraraq qollarınızdakı və ayaqlarınızdakı ölü dərini çıxara bilərsiniz.
Samirə İsmayılova,
“İki sahil”

