Sosial 

Nazir yeni seçilən deputatları tənqid etdi

Milli Məclisin iclasında Maliyyə naziri Samir Şərifov ilk dəfə deputat seçilən bəzi şəxsləri tənqid edib.

ARANTV.AZ-ın xəbərinə görə, S.Şərifov bildirib ki, bəzi yeni seçilən deputatlar 2019-cu ilin büdcəsinin icrası barədə layihədə münasibətini açıqlayıb.

“Yeni seçilən deputatlar deyirlər ki, layihədə izahat yoxdur. Kimsə özünü təsdiq etmək istəyirsə, buyursun suallarını ünvanlasın. Biz onları qəbul da edə bilərik” – deyə S.Şərifov əlavə edib.Oxu.Az

Daha çox xəbərlər