Füzulidə dəhşətli hadisə – 1 nəfər öldü, 7 nəfər isə…
İyunun 18-də saat 5 radələrində Füzuli rayonunda ağır yol qəzası baş verib.
ARANTV.AZ xəbər verir ki, rayonun 1-ci Qayıdış qəsəbəsi ərazisində rayon sakinləri R.Ağayevin idarə etdiyi “VAZ-21011” və T.Hacıyevin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə R.Ağayevin sərnişini Rüstəm Ağayev xəstəxanaya aparılarkən yolda ölüb, özü və digər 2 sərnişini, habelə T.Hacıyev və 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Füzuli RPŞ tərəfindən araşdırma aparılır.Publika.az

