Rusiyada 8 minə yaxın yeni yoluxma qeydə alınıb
Rusiyada koronavirusa yoluxma göstəriciləri artmaqda davam edir.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 7 972 nəfər virusa yoluxub, 181 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 569 063 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 7 841 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 324 406 nəfər virusdan sağalıb, 236 816 nəfərin müalicəsi isə davam edir.

