Sosial 

TƏBİB-in sədri Ramin Bayramlı koronavirusa yoluxmayıb – RƏSMİ AÇIQLAMA

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlının koronavirusa yoluxması ilə bağlı iddialar səsləndirilib.

ARANTV.AZ  xəbər verir ki, məsələ ilə bağlı redaktor.az-a açıqlama verən TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Ramin bəyin virusa yoluxması ilə bağlı yayılan məlumatlar yalandır. O, hazırda iş başındadır.

Ramin Bayramlı tibb müəssisələrinə səfərlər etdiyinə görə, mütəmadi olaraq testden keçirilir və nəticələri neqativdir”, – deyə R. Əliyeva bildirib.

Daha çox xəbərlər