Tehranda mikroavtobus 20 avtomobillə toqquşdu
Tehranda mikroavtobusun iştirakı ilə zəncirvari qəza olub.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, Van markalı sərnişin avtobusu 20 avtomobilə və elektrik dayağına çırpılıb.
Tehran yanğınsöndürmə qurumunun sözçüsü Calal Məlikinin sözlərinə görə, hadisə qaz yanacaq doldurma məntəqəsi qarşısında baş verib.
Hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Yaralıların vəziyyətinin ağır olduğu deyilir.

