Ukrayna İranı beynəlxalq məhkəməyə verə bilər
“İran nəinki Ukraynaya “qara qutu”nu qaytarmır, eyni zamanda, digər vədlərinə də əməl etmir”.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “The Globe and Mail” qəzetinə müsahibəsində deyib.
O bildirib ki, Tehran Ukraynanın İran tərəfindən yanvar ayında vurulan “Boeing” təyyarəsindəki ölümünün araşdırılması və fəlakətlə əlaqəli ikitərəfli əməkdaşlıq etməsə, Kiyev beynəlxalq məhkəmə qurumlarına müraciət edəcək:
“Məsələ yalnız “qara qutu”ları bizə qaytarmamaları deyil, digər vədlərinə də əməl etməmələridir. Onlar rəsmən üzr istəməli, layiqli təzminat ödəməli, vədlərinə əməl etməlidirlər. Bu, baş verməzsə, seçimimiz qalmayacaq – beynəlxalq məhkəmələrə müraciət edəcəyik və İran bizim mövqeyimizi bilir”.
Zelenski Ukraynanın hansı beynəlxalq məhkəməyə müraciət etmək istədiyini açıqlamayıb.
O qeyd edib ki, İran vədlərin yerinə yetirilməsinin gecikməsini koronavirus pandemiyasının nəticələri ilə izah edir:
“Bu problemi qeyri-müəyyən müddətə təxirə salmaq olmaz, çünki biz kifayət qədər gözləmişik”.

