Gündəm 

Türkiyədən Azərbaycana hazır geyim ixracı azalıb

2020-ci ilin yanvar-may aylarında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1,87 faiz azalaraq 16,539 milyon dollar təşkil edib.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

May ayında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 20,1 faiz azalıb və 3,561 milyon dollara bərabər olub.

2020-ci ilin yanvar-may aylarında Türkiyənin dünya bazarlarına hazır geyim ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 26,1 faiz azalaraq 5,634 milyard dollar təşkil edib.

Hesabat dövründə hazır geyim ixracı Türkiyənin ümumi ixracının 9,1 faizini təşkil edib.Son 12 ay ərzində (may 2019 – may 2020) Türkiyə 15,696 milyard dollar məbləğində hazır geyim ixrac edib.

Daha çox xəbərlər