Dünya 

Qırğızıstanda koronavirusa daha 163 nəfər yoluxub, 1 nəfər vəfat edib

Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 163 nəfər yoluxub.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu brifinq zamanı ölkənin Səhiyyə nazirinin müavini Mademin Karatayev deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 519 nəfərə çatıb.

Nazir müavini qeyd edib ki, ötən gün koronavirusdan 1 nəfər ölüb, 33 nəfər sağalıb, ölənlərin ümumi sayı 30 nəfər, sağalananların ümumi sayı isə 2 054 nəfərdir.

Daha çox xəbərlər