Serbiyada daşqınlara görə fövqəladə vəziyyət elan edildi
Serbiyada leysan yağışlardan sonra çayların daşması nəticəsində ölkənin 7 rayonunda fövqəladə vəziyyət elan edilib.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, ölkənin qərbində aramsız yağışlar bir neçə gündür ki, davam edir.
Bir neçə yaşayış məntəqəsi su altında qalıb. Bir körpü tamamilə dağılıb.
Ətraf qəsəbələrdən 50-yə yaxın sakin təxliyə edilib.Sinoptiklər bu vəziyyətin bir neçə gün davam edəcəyini proqnozlaşdırıb.

