Bu il qış turizmi ilə bağlı ölkəmizə gələn turistlərin sayının artacağı gözlənilir
ARANTV.AZ xəbər verir ki, Azərbaycanda turizm infrastrukturunun müasirləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Nəticədə turizm sektorunda mövsümdən asılılıq aradan qaldırılır. Artıq qış turizminə hazırlıqlara başlanılıb. Bu il qış turizmi ilə bağlı ölkəmizə gələn turistlərin sayının artacağı gözlənilir. Bununla bağlı yerli turizm şirkətləri xarici tərəfdaşlara ölkəmizdə qış turizminə dair tur-paketləri göndərməyə başlayıb. Eyni zamanda, xizəksürmə üzrə peşəkar xizəkçilər də ölkəmizə gələcəklər. Onlar istirahət üçün əsasən Şahdağı seçirlər.

