Gündəm 

Ölkədə verilən kreditlərin 58 faizə qədəri təminatsızdır – RƏSMİ

“Ölkədə 21 bank tərəfindən verilən kreditlərin 58 faizə qədəri təminatsızdır”.

ARANTV.AZ-ın məlumatına görə, bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev mətbuat konfransında bildirib.

Onun sözlərinə gorə, bu, o demək deyil ki, onlar bağışlanılıb:

“Onların bir çoxu üzrə ödənişlər edilir. Problemli kreditlər də var. Onlarla bağlı iş gedir, restrukturizasiya edilir”.

İcraçı direktor qeyd edib ki, bağlanmış dörd bankın – “Atabank”, “Amrahbank”, “AGBank” və “NBC Bank” Açıq Səhmdar Cəmiyyətlərinin (ASC) kredit portfeli bir milyard manatdan çoxdur.

Oxu.Az

Daha çox xəbərlər