Dünya 

Gürcüstanda xarici aviareyslərin bərpası 31 iyula qədər təxirə salındı

Gürcüstanda koronavirus pandemiyası səbəbindən tətbiq olunan beynəlxalq müntəzəm uçuşlara qoyulan qadağa iyulun 31-dək qüvvədə qalacaq.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Gürcüstan Mülki Aviasiya Agentliyinin bəyanatında bildirilib: “Beynəlxalq planlaşdırılmış uçuşların həyata keçirilməsinə qoyulan məhdudiyyət uzadılaraq, 31 iyul 2020-ci il tarixinə qədər qüvvədə qalacaq”. Agentliyin məumatına görə, artıq bütün aviaşirkətlərə müvafiq məlumatlar göndərilib.

Qeyd edək ki, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava, Gürcüstanın 1 iyul tarixinə planladığı beynəlxalq müntəzəm uçuşların bərpasının, qlobal epidemioloji vəziyyətə görə, iyulun sonuna qədər təxirə salına biləcəyini bildirmişdi.

Xatırladaq ki, Gürcüstan Mülki Aviasiya Agentliyi martın sonundan etibarən tətbiq olunan bu qadağanı sonuncu dəfə iyunun 30-dək uzatmışdı.”Qafqazinfo”

Daha çox xəbərlər