Uqandada qəsəbə torpaq altında qaldı: 40 ölü – VİDEO
Uqandanın qərbindəki Bududa bölgəsində güclü yağışlardan sonra torpaq sürüşməsi baş verib.
ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, təbiət hadisəsi zamanı Uqandanın Keniya ilə sərhədində yerləşən qəsəbə tamamilə torpaq altında qalıb.
Hadisə nəticəsində azı 40 nəfər ölüb. Rəsmilər ölü sayının artacağını istisna etmirlər.

