Rusiyada koronavirusa yoluxanların sayı açıqlanıb
Rusiyada koronavirusa yoluxanların sayı artır.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, ölkədə son sutka ərzində 6 852 nəfər virusa yoluxub, 188 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 627 646 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 8 969 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 393 352 nəfər virusdan sağalıb, 225 325 nəfərin müalicəsi isə davam edir.

