“Niva” “VAZ”a çırpılıb yoldan çıxdı – ölən və yaralananlar var
Goranboy rayonunda ağır yol qəzası baş verib.
ARANTV.AZ xəbər verir ki, oktyabrın 11-də saat 8 radələrində Goranboy rayonunun Aşağı Ağcakənd kəndi ərazisində Zeyvə kənd sakini Kamran Quliyevin idarə etdiyi “Niva” və Börü kənd sakini Şaiq Sadıqzadənin idarə etdiyi “VAZ-21015” markalı avtomobillər toqquşub, K.Quliyev idarəetməni itirdiyindən avtomobili yolun kənarındakı boruya vurub. Nəticədə K.Quliyevin sərnişinlərindən Zakir Səmədov hadisə yerində ölüb, özü və digər 4 sərnişini xəstəxanaya yerləşdirilib.
Xocalı RPŞ tərəfindən araşdırma aparılır.
publika.az

