Hadisə 

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, söhbət həkim anistezioloq Ceyhun Hacıyevdən gedir.

Bu barədə məlumatı C.Hacıyevin həmkarları sosial şəbəkədə yayıblar.

Qeyd edək ki, C.Hacıyev 2001-2015 illər ərzində Respublika Neyrocərrahiyə Xəstəxanasında çalışıb. Onun son iş yeri Bakıda fəaliyyət göstərən özəl klinikalardan biri olub.

Daha çox xəbərlər