Hadisə 

Sumqayıtda avtomobil yandı – VİDEO

Sumqayıtda minik maşını yanıb.

ARANTV.AZ  xəbər verir ki, hadisə Sumqayıt Dəmiryol Vağzalının qarşısında qeydə alınıb.

Belə ki, “VAZ 2199” markalı, 50-DS-144 dövlət nömrə nişanlı avtomobildə yanğın baş verib.

Yanğının hansı səbəbdən baş verdiyi bəlli deyil. Ətrafdakı vətəndaşlar qısa zamanda maşında yanğının miqyasının böyüməsinin qarşısını alıblar.

Hadisənin görüntülərini təqdim edirik:

 

Oxu.Az

Daha çox xəbərlər