Siyasət 

Ziyafət Əsgərov: “Xaricdə təhsili fetişləşdirmək düzgün deyil”

Milli Məclis sədrinin Birinci müavini Ziyafət Əsgərov həmkarlarının Azərbaycan təhsili haqqında neqativ fikirlərinə sərt reaksiya verib.

ARANTV.AZ  xəbər verir ki, Z.Əsgərov xaricdə  təhsil alıb gələn tələbələrlə Azərbaycanda təhsil alanlar arasında fərq qoyulmasının doğru olmadığını söyləyib:

“Bu düzgün deyil. Azərbaycan təhsilini bu qədər aşağılamaq olmaz. Bu kultu yığışdırmaq lazımdır. Xaricdə təhsili fetişləşdirmək düzgün deyil. Mənim 22 tələbəm xaricdə magistr təhsili alıb. Onlardan 18-i qırmızı diplomla magistraturanı bitiriblər. Bizim gözəl təhsilimiz, qabiliyyətli və istedlalı tələbələrimiz. var. Bir gün Bakı Dövlət Universutetində dərslərinə  baxın və nəticə çıxarın. Mən əlbəttə, xaricdə təhsilin tədəfdarıyam. Amma Azərbaycan təhsilinin aşağılanmasını istəmirəm”.


Ölkə.Az

Daha çox xəbərlər