Nigeriyada avtobus qəzası olub, çox sayda ölən var
Nigeriyanın cənub-şərqindəki Abiya ştatında avtobusun qəzaya uğraması nəticəsində azı 18 nəfər həlak olub.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, qəzaya səbəb avtobusun yüksək sürətlə hərəkət etməsi zamanı təkərlərindən birinin çıxması olub.
Nəticədə avtobus bir neçə dəfə yuvarlanıb. Qəzaya uğrayan avtobusda sərnişinlərin dəqiq sayı barədə məlumat verilməyib.

