Maraqlı 

Qara maska taxanların nəzərinə: Başınıza digər bəlalar aça bilərsiniz!

Türkiyəli dermatologiya mütəxəssisi Həmzə Aktaş pandemiya ilə əlaqədar istifadəsi artan qara maskaların qoruyucu xüsusiyyətlərə malik olmadığını, istiliyi özündə saxlayaraq dərinin qıcıqlanmasına və eczema xəstəliyinə səbəb olduğunu qeyd edərək vətəndaşlara xəbərdarlıq etdi.

ARANTV.AZ  xəbər verir ki, koronavirus tədbirləri çərçivəsində maskasız çölə çıxma qadağası olan şəhərlərdən biri olan Diyarbəkirdə qara maskaların istifadəsi ilə bağlı mütəxəssislərin xəbərdarlıqları davam edir.  Bütün bunlara baxmayaraq, havanın mövsüm normalarından yüksək olan bölgədə günəş şüalarını ən çox çəkən rəng olaraq bilinən qara rəngli maskalar şəhər sakinlərinin seçimidir. Şəhərin ən sıx yerlərindən olan Yenişehir səmtindəki Yaşar Kamal və Gevran küçələrində insanların qara maskaya çox üstünlük verildiyi müşahidə edildi.

İsti havalarda qara maskalardan istifadə etməyin çətinliyindən danışan H.Aktaş bu maskalardan istifadə edənlərə xəbərdarlıq edib. H.Aktaş qeyd edib ki, qara rəngli parçalar günəş işığını çox çəkir və lazım olduğundan daha çox istilik yığır ki, bu da maska ​​altında dərinin daha çox istiləşməsinə və qıcıqlanmasına səbəb ola bilər: “Maskanın istehsal olunduğu parçada, burada çox vacibdir, əgər istehsal olunan parça çox sağlam bir parça deyilsə, təbii ki, artan istilik tərləmə ilə birlikdə, həmin parça dəri ilə təmasda olanda bir çox reaksiya ola bilər. Dəridə təmasda olduqda parça tərləmə ilə bir çox reaksiya meydana gələ bilər. Kontakt dermatiti ekzeması dediyimiz reaksiyalar meydana gələ bilər. Ya da əvvəlcədən mövcud olan ekzema xəstəliyini artıra və ya oyada bilər.”

 

Daha çox xəbərlər