Dünya 

Lukaşenko Putinə kiçik vətənini göstərdi – VİDEO

Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinə kiçik vətəni hesab etdiyi Aleksandriya aqroşəhərini göstərib.

ARANTV.AZ  xəbər verir ki, burada liderlər bir neçə saat qeyri-formal söhbət edib, Lukaşenkonun böyüdüyü evə baxıb, kənddə gəzib, yerli gözəlliklə tanış olublar.

Qeyd edilib ki, liderlər modernləşdirilmiş 1960-cı il buraxılışı olan “QAZ-69” avtomobilində gəziblər. Avtomobili Lukaşenko özü idarə edib.

Belarus prezidentinin doğma evində Putin üçün xüsusi yeməklər hazırlanıb və liderlər Belarusun milli içkisini dadıblar.

oxu.az

Daha çox xəbərlər