Həyatını “BMW”yə dəyişən adam – VİDEOREPORTAJ
Yaşar yol qırağından topladığı tullantıları, dəmir, metalları toplamaqla məşğuldur.
Sevdiyi avtomobilin qalıqlarını taparaq düzəltdiyi arabada bir avtomobil üçün lazım olan hər şey var.
O, bu arabadan zibilləri daşımaq üçün istifadə edir. Ailəsi dağılan Yaşarın bu həyatda heç kimi yoxdur. Dediyinə görə, əvvəllər sürücü işləyib. Müəyyən problemlərdən sonra işdən ayrılıb.
Daha sonra çörək pulu qazanmaq üçün küçələrdən dəmir tullantıları toplamağa başlayıb.
Həyatda bəxti gətirməsə də, yaşamaqdan zövq alan Yaşar bu işdən utanmadığını deyir.
Daha ətraflı Baku TV-nin süjetində:

