Hadisə 

Paytaxtda yük maşını piyadanın üzərindən keçdi

Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir piyada ölüb.

ARANTV.AZ  xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

Quba rayon sakini, 1958-ci il təvəllüdlü Abbasov Zakir Kəlbəli oğlu idarə etdiyi “Howo” markalı yük maşını ilə yerüstü piyada keçidinin yaxınlığında təxminən 30-35 yaşlı kişinin üzərindən keçib. Piyada hadisə yerində ölüb.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Piyadanın şəxsiyyəti dəqiqləşdirilir.APA

Daha çox xəbərlər