Hadisə 

Sumqayıtda kafenin icarədarı həbs edildi, 11 müştəri cərimələndi – FOTO

Sumqayıt şəhərində sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarına əməl etməyən, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe  aşkarlanıb.

ARANTV.AZ xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə 45-ci məhəllədə “Tac” kafesinin icarədarı Elvin Arif oğlu Hüseynov və 11 müştəri inzibati məsuliyyətə cəlb olunub.

Ümumilikdə 12  nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kefenin icarədarı 25 sutka həbs edilib, digərləri cərimə olunublar.

Daha çox xəbərlər