Ağcabədidə çilingər sexi yanıb
Ağcabədidə yanğın faktı qeydə alınıb.
ARANTV.AZ bildirir ki, trend-ə FHN-dən verilən məlumata görə, rayonunun Aşağı Avşar kəndində ümumi sahəsi 280 m² olan tikilinin (çilingər sexi kimi fəaliyyət göstərir) içərisində 9 m² sahədə taxtadan ibarət otağın yanar konstruksiyaları və avtomobil şinləri yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

