Sosial 

ARB: Koronavirusa yoluxan əməkdaşların vəziyyəti normaldır

ARB telekanalının koronavirusa yoluxan əməkdaşlarının vəziyyəti normaldır.

ARANTV.AZ  bildirir ki, bunu Trend-ə açıqlamasında “ARB Media Qrup”un mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli deyib.

Onun sözlərinə görə, telekanal əməkdaşları hazırda müalicələrini davam etdirirlər: “Vəziyyətləri şükür olsun yaxşıdır. Hazırda özlərini yaxşı hiss edirlər, səhhətlərində ciddi problem yoxdur”.

O. İbrahimli bildirib ki, “ARB-24” kanalının Baş redaktorunun müavini Aynur Nəsirovanın da səhhətinin normaldır: “Aynur xanımla da əlaqə saxlamışıq. Şükür olsun yaxşıdır o da. İnşallah tezliklə normal həyatlarına və işlərinin başına dönərlər”.

Daha çox xəbərlər