Hadisə 

Tərtərdə oğul 82 yaşlı atasını vəhşicəsinə döyüb – Prezidentə VİDEOŞİKAYƏT

Hörmətli cənab Prezident! 

      Tərtər rayon sakini 1939-cu il təvəllüdlü ali təhsilli həkim hazırda pensiyada olan İsmayılov Rüstəm Hüseyn oğlu  22 iyun 2020-ci il tarixdə gecə saat 10:00 radələrində oğlu İsmayılov Pərviz tərəfindən vəşicəsinə döyülməsi  barədə  prezident İlham Əliyevə, Baş Prokuror Kamran Əliyevə,  Azərbaycan Respublikasının Daxili  İşlər  Naziri Vilayət  Eyvazova və aidiyyati dövlət məmurlarına ünvanladığı şikayət məktubunun bir surətini də DünyanınSəsi.az Xəbər Portalına  yönəldibdir.
Şikayətçilərin  məktubundan bəzi məqamları olduğu kimi çap edirik.

     Yazıb məlum edirəm ki, pensiyaya  çıxdıqdan sonra, kənddə təsərrüfat  işləri ilə məşğul oluram.

Ailəmdə 6( altı) uşağım var onlardan 4 (dördü) qız  və 2(ikisi) oğlandır. Övladlarımmın hamısını oxudaraq ali təhsil vermişəm. Beş övladım ailəlidir. Balaca oğlum Pərviz İsmayılov isə subaydır. Övladlarım hamısının özlərinin evləri  olmaqla məndən ayrı  yaşayırlar.

Balaca  oğlum Pərviz  İsmayılov Gəncə Humanitar Kollecini  bitiribdir. Onun hərbi xidmətdə  olmasıda  mənim üçün baha başa  gəlibdir.

Bu cür  onun yolunda bir ata kimi zəhmət  çəksəmdə  ancaq o bir övlad  kimi mənim  zəhmətimi dəyərləndirməyərək dəfələrlə məni gəlib evdə döyüb söyübdür.

Mən ondan Tərtər rayon Polis Şöbəsinə və  Tərtər rayon Prokurorluğuna şikayətlər etsəmdə hüquq  mühafizə orqanları şikayətimin araşdırılmasına laqeyid  yanaşmaqla  məni üzdən gözdən salaraq  barışdırıblar.

Bundan heç bir ibrət  dərsi götürməyən  oğlum Pərviz İsmayılov 22.06.2020-ci il tarixdə gecə  saat 10:00-da  evimə  gəlib dişli yaba  sapı  ilə vəşicəsinə döyüb mənə  xəsarətlər  yetiribdir. Mən onun əlindən gücnən çıxıb qonşuluqda  yaşayan  böyük oğlumdan  kömək istədim.

Döyülməyimlə bağlı Azərbaycan Respublikası DİN-nin “102”  xidmətinə şikayət etdikdən sonra, həkim ekspert komisiyasından  keçdikdən sonra, Tərtər RPŞ-nin təhqiqat qrupunda  Pərviz İsmayılov barəsində AR CM-nin 128-ci  maddəsi  ilə cinayət  işi  başlayaraq  baxılması üçün Tərtər rayon məhkəməsinə göndərilibdir.  Mən Pərviz İsmayılovun AR CM-nin 128-ci  maddəsi  ilə  məsuliyyətinə cəlb edilməsindən narazıyam. Ona görəki atasını döyüb ona ağır  xəsarətlər yetirən adam  gələcəkdə  ölkəsinədə qarşı xain çıxa  bilər.

Ona görədə o bu gün Azərbaycan Respublikası Cinayət  Məcəlləsinin ən ağır  maddələri ilə məsuliyyətə cəlb edilərək islah  olunmalıdır  ki, gələcəkdə  daha ağır  cinayətlər  törətməsin.

Pərviz  İsmayılov cəmiyyətimiz üçün olduqca yararsız bir insandır  ki, əvvəllər işlədiyi Tərtər rayon  UGİM-də öz işində  səhlənkarlığa  yol verdiyi üçün  2012-ci ildə  AR Əmək Məcəlləsinin  “70ç” bəndi ilə işdən azad edilmişdir.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Ağcəbədi Regional idarəsində  “Reger”  vəzifəsinə işə  düzələndə  əmək kitabçasını  gizlədərək  anket  məlumatında əvvəlki iş  yerini göstərməyərək   işə  düzəlibdir. Onun Tərtər rayon UGİM-dən 2012-ci ildə  işdən azad edilməsi  barədə əmrin surətini   ərizəmə əlavə edirəm.

Pərviz İsmayılovun   dövləti qanunlarımızı saymadan heç bir məsuliyyət  nəzərə almayaraq  bizim səkkiz nəfər ailəmizə

Tərtər rayon İslahat Komisiyası tərəfindən 2001-ci  il tarixdə 8 (səkkiz) nəfər ailə üzvülərinə verilən 4.22 ha  torpaq sahəsinin 50 sotuna heç bir aidiyyati dövlət  qurumlarının icazəsi olmadan  qum çınqıl tökərək yararsız  hala  salmaqla avto dayanacaq etmişdir.

Hər  gün həmin yerdə avtomaşınlar saxlamaqla  xeyli miqdarda stayanka pulları alsada  bir  manat olsun belə vergi və dövlət sosial müdafiə fonduna pul ödəməyibdir.

O dur ki, xahiş edirəm şikayət ərizəmi xüsusi  nəzarətə  götürüb araşdırılmasına  göstəriş  verəsiniz. Əvvəlcədən Sizlərə dərin minnətdarlığımızı bildiririk.

 

 

Tərtərli 82 yaşlı ağsaqqalın öyülməsini özündə əks etdirən video-nu təqdim edirik:

82 yaşlı atasını döyən oğlu Sizdə tanıyın.

Hörmətlə, İsmayılov Rüstəm Hüseyn oğlu.

https://dunyaninsesi.info/t%c9%99rt%c9%99rd%c9%99-ogul-82-yasli-atasini-v%c9%99hsic%c9%99sin%c9%99-doyub-prezident%c9%99-videosikay%c9%99t/

Daha çox xəbərlər