Bakıda eyvanda paltar asan qadın yerə yıxılıb
Nərimanov rayonunda bədbəxt hadisə nəticəsində 1 nəfər ağır xəsarət alıb.
ARANTV.AZ report-a istinadən bildirir ki, hadisə Habil Mirzəyev küçəsində baş verib.
1977-ci il təvəllüdlü Fərzəliyeva Elnurə Akif qızı binanın ikinci mərtəbəsində yaşadığı evin eyvanında iş görərkən qəfildən yerə yıxılıb. O, bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Fakt araşdırılır.

