Köln vağzalında bir nəfər girov götürülüb
Almaniya polisi insanları Kölnün əsas dəmiryolu vağzalının yerləşdiyi ərazidən uzaqlaşmağa çağırıb.
ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, məlumatlarda vağzalda silahlı şəxsin bir nəfəri girov götürdüyü bildirilib.
“Breslauer meydanı yaxınlığında bir nəfər girov götürülüb. Polis hadisə yerindədir. Xahiş edirik, bu rayondan kənarlaşın”, – hüquq-mühafizə orqanlarının məlumatında qeyd edilib.

