Geologiya və geofizikanın müasir problemlərinə həsr edilən konfrans keçirilib
ARANTV.AZ xəbər verir ki, Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun təşkilatçılığı ilə “Geologiya və geofizikanın müasir problemlərinin həllində informasiya texnologiyalarının rolu” mövzusunda 7-ci beynəlxalq konfrans keçirilib. Akademiyanın Yer elmləri bölməsinin akademik-katibi Fəxrəddin Qədirov bildirib ki, 18 ölkədən 150-dən artıq gənc alim və mütəxəssisin iştirak etdiyi toplantıda geologiya elminin müxtəlif prioritet istiqamətləri müzakirə edilir. Məqsəd gənc tədqiqatçıların yeni elmi innovasiya və texnologiyalarla tanışlığına şərait yaratmaq, geologiya və geofizika sahəsində çalışan gənclərin elmi fəaliyyətinə, onların dünya elminə inteqrasiyasına dəstək olmaqdır. Beynəlxalq elmi konfrans 2005-ci ildən başalayarq hər iki ildən bir keçirilir.

