Hadisə 

35 yaşlı kişi çoxsaylı xəsarətlərlə xəstəxanaya gətirildi, “həyətdə yıxılmışam” dedi

Tovuz rayon sakini müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

ARANTV.AZ trend-ə istinadən bildirir ki, hadisə rayonun Vaqif küçəsində baş verib. Həmin küçədə yaşayan, 1983-cü il təvəllüdlü Həmzəyev Samir Faiq oğlu, alın, çənə və burun nahiyəsinin əzilmiş çapılmış çoxsaylı yaraları ilə xəstəxanaya gətirilib.

Yaralı ilkin izahatında həyətlərində yıxıldığını bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

Daha çox xəbərlər