Qəbul imtahanında iştirak edən müəllimlər COVID-19 testindən keçiriləcək? – AÇIQLAMA
Müəllimlərin işə qəbulu (MİQ) üzrə keçiriləcək imtahanlarda iştirakçılar deyil, imtahan təşkilatçıları, nəzarətçilər COVID-19 testindən keçşiriləcək. Test məsələsi iştirakçılara şamil olunmur”.
ARANTV.AZ xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov canlı yayımda müəllimlərin işə qəbulu üzrə müsabiqədən danışarkən deyib.
Onun sözlərinə görə, imtahan iştirakçıları zallara əvvəlcədən təyin edilmiş qayalara uyğun olaraq maskalarla daxil olacaqlar:
“Müəllimlərin işə qəbul imtahanında iştirak edən müəllimlər COVID-19 testindən keçirilməyəcək. Onlar zalllara müvafiq olaraq qoruyucu maskalarla buraxılacaqlar. Söhbət imtahan təşkilatçılardan, nəzarətçilərdən gedir. Yanlış anlaşılma olmasın. İmtahanlardan sonra isə imtahan zalları qaydalara uyğun şəkildə dezinfeksiya olunacaq”.Oxu.Az

