Alman jurnalist Ermənistan Müdafiə Nazirliyinin yalanını ifşa etdi – FOTO
Almaniyanın “Bild” nəşrinin hərbi analitiki Julian Repke Ermənistan Müdafiə Nazirliyinin guya Azərbaycana məxsus pilotsuz uçuş aparatının vurulması görüntülərinin əks olunduğu videosunun etibarsız olduğunu göstərib.
Lenta.ru-nun məlumatına görə, bu barədə Julian Repke “Twitter” hesabında paylaşım edib.
Analitik videoda, əslində, mülki təyyarənin əks olunduğunu üzə çıxarıb.
“İpucu: Əgər pilotsuz uçuş aparatını vurduğunuzu iddia edirsinizsə, hava hücumundan müdafiə sisteminizin yönəldiyi ikimühərrikli, dar gövdəli sərnişin təyyarəsini göstərməyin”, – deyə jurnalist yazıb.

