Şou biznes 

“Jah Khalib” azərbaycanlı generalın şəklini paylaşdı – FOTO

Rusiyada müğənnilik fəaliyyəti ilə məşğul olan Azərbaycan əsilli Bəxtiyar Məmmədov (Jah Khalib) son günlər Ermənistan silahlı bölmələrinin Azərbaycan Ordusunun Tovuz rayonu istiqamətində təxribat cəhdinin qarşısını alarkən şəhid olmuş general-mayor Polad Həşimovun fotosunu paylaşıb.

ARANTV.AZ  xəbər verir ki, o, “Instagram” hesabında paylaşdığı fotoya bu şərhi yazıb:

“General-mayor Polad Həşimovun simasında hazırkı vəziyyətlə bağlı bütün şəhidlərin ailələrinə dərin hüzün ilə başsağlığı verirəm”.

Oxu.Az

Daha çox xəbərlər