Kriminal 

Lənkəranda iki nəfər bıçaqlandı

Lənkəranda 28 yaşlı şəxs iki nəfəri bıçaqlayıb.

ARANTV.AZ-ın məlumatına görə, rayon sakini, 1992-ci il təvəllüdlü Murad Əsədzadə münaqişə zəminində 1998-ci il təvəllüdlü Ruslan Rəhmanovu və 2000-ci il təvəllüdlü Məhərrəməli Məmmədovu bıçaqlayıb.

Bıçaq xəsarəti alan hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.APA

Daha çox xəbərlər