Region Xəbərləri 

Bərdədə karantinə baxmayaraq, kafe fəaliyyət göstərirmiş – FOTO

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının kütləvi yayılmasının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.

DİN Mətbuat xidmətinin Bərdə Regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Zümürxan kəndi ərazisində Q.Bayramlıya məxsus kafenin rayon ərazisində elan edilmiş xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən edilib.

Q.Bayramlı və kafenin müştəriləri – F.Əliyev və B.Hümbətov karantin qaydalarını pozub və sərxoş vəziyyətdə polis əməkdaşlarının qanuni tələblərinə əməl etmədiklərinə görə saxlanılaraq, Polis Şöbəsinə gətiriliblər.

Onların hər biri İnzibati Xətalar Məcəlləsinin 211-ci və 535-ci maddələri ilə təqsirli bilinərək, məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunublar.

Daha çox xəbərlər