Kriminal 

Bakının mərkəzində 27 yaşlı oğlan bıçaqlandı

Bakıda gənc oğlan bıçaqlanıb.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, Yasamal rayonu, Hüseyn Cavid prospektində Bakı şəhər sakini 1993-cü il təvəllüdü Ə. Vəliyev naməlum şəxs tərəfindən bıçaqlanıb. Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Fərid Fətəliyev saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Daha çox xəbərlər