Təcili yardım maşını yük avtomobili ilə toqquşdu – FOTO
Bakı-Qazax avtomagistralının Hacıqabuldan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, hərəkətdə olan təcili tibbi yardım avtomobili “Mercedes” markalı yük dolu maşınla toqquşub.
Zərbənin gücündən təcili yardım maşını yararsız hala düşüb, yük maşınının daşıdığı daş yola dağılıb.
Faktla bağlı araşdırma aparılır.
Qafqazinfo

