Hadisə 

Bakıda motosiklet maşına çırpılıb: Ölən var

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunun ərazisində, Bakı Dairəvi Yolunda qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkət edən motosiklet “Renault” markalı avtomobilə çırpılıb.

Nəticədə, minik avtomobilində olan sürücü və sərnişin xəsarət alıb. Motosikletin sürücüsü isə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.APA

Daha çox xəbərlər