Dünya 

İngiltərənin 2 bölgəsində koronavirusa yoluxma yenidən artıb

İngiltərənin Bləkborn və Dorven bölgələrində koronavirusa yoluxma hallarında yenidən artım müşahidə olunub.

Belə ki, bu bölgələrdə xəstəliyə yoluxma və ölüm halları gücləndirilmiş karantin rejiminin tətbiq olunduğu Leyster şəhərini ötüb.

ARANTV.AZ  AZƏRTAC-a istinadən bildirir ki, yoluxma hallarında artım davam edərsə, bölgədə gücləndirilmiş karantin rejimi tətbiq ediləcək.

Şəhər rəhbərliyi sakinləri qaydalara tabe olmağa çağırıb.

Daha çox xəbərlər