Hindistanda təbii fəlakət qurbanlarının sayı 500 nəfərə çatır
Hindistanın səkkiz ştatında musson yağışlarının yaratdığı daşqınlar nəticəsində ən azı 470 nəfər həyatını itirib.
“The Times of India” bu barədə ölkənin Daxili İşlər Nazirliyinə istinadən xəbər yayıb.
Bildirilir ki, ölüm halları ən çox Qərbi Benqal və Assam əyalətlərində qeydə alınıb. Oradakı güclü sel Brahmaputra çayının daşmasına səbəb olub. Assamda daşqınlar ştatın 33 əyalətinin 25-də təxminən üç min kəndi məhv edib.
Təbii fəlakətdən təsirlənən bölgələrdə, daşqın zonasından təxliyyə edilənlər üçün 800 müvəqqəti düşərgə qurulub və burada təxminən iki milyon insan yerləşdirilib.
