Kriminal 

Bakıda sevgilisini öldürən şəxsin istintaqı başa çatdı

Bakıda sevgilisini qətlə yetirməkdə təqsirli bilinən 1991-ci il təvəllüdlü Dönməz Cəmşidzadənin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

ARANTV.AZ APA-ya istinadən bildirir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cİnayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Telman Hüseynovun icraatına verilib.

İttihama görə, ötən il noyabrın 15-də Dönməz Cəmşidzadə Zabrat qəsəbəsində kirayədə birgə yaşadığı Afərim Mahmudovanı boğaraq öldürüb. Hadisəni törədəndən sonra o, Gəncə şəhər Baş Polis İdarəsinə məlumat verib və həyat yoldaşını öldürdüyünü deyib.

Hüquq-mühafizə orqanları əməkdaşları ilə birlikdə Dönməz Cəmşidzadə hadisə baş verən ünvana gətirilib və evin yataq otağında qadının üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

28 yaşlı Dönməz Cəmşidzadə ilə Afərim Mahmudovanın yaxın qohumluq əlaqələri olub. 10 ay əvvəl Afərim Mahmudova həyat yoldaşından ayrılaraq valideynləri ilə əlaqəsini kəsib.

Yaxınları ehtimal edib ki, qızları yenidən ailə həyatı quraraq Türkiyəyə gedib.

İlkin məlumata görə, tərəflər arasında münaqişəyə Afərim Mahmudovanın valideynlərinin evinə geri qayıtmaq istəməsi və Dönməz Cəmşidzadə ilə münasibətlərə son vermək haqda qərarı olub. Sonuncu buna etiraz edərək bıçağa əl atıb.

İstintaq orqanı tərəfindən Dönməz Cəmşidzadənin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Daha çox xəbərlər