Son sutkada Pakistanda 38 nəfər koronavirusdan dünyasını dəyişib
Son sutkada Pakistanda koronavirusa 1332 nəfər yoluxub və bu virusa tutulanların sayı 267 min 428 nəfərə çatıb.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, son sutkada 38 xəstə dünyasını dəyişib və vəfat edənlərin sayı 5 min 677 nəfər olub. Xəstəxanalarda yerləşdirilən 51 min 283 xəstədən 1436 nəfərinin vəziyyəti ağırdır.

