Gündəm 

Dövlət Gömrük Komitəsində elektron növbə sistemi layihəsinin təqdimatı keçirilib

ARANTV.AZ xəbər verir ki, Dövlət Gömrük Komitəsində Estoniya mütəxəssisləri tərəfindən hazırlanan və bir sıra ölkələrin sərhədlərində tətbiq edilən “Nəqliyyat vasitələrinin sərhəd-buraxılış məntəqələrindən keçməsinin tənzimlənməsi məqsədilə yaradılan elektron növbə sistemi” layihəsinin təqdimatı keçirilib.

Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi gömrük sistemində də mütərəqqi islahatlar həyata keçirilir. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev dedi ki, bu islahatların məqsədi, beynəlxalq ticarətin asan və sürətli şəkildə reallaşdırılması, daxili istehsalın, ixrac və tranzit potensialının artırılması, vətəndaş məmnuniyyətinin maksimum səviyyədə təmin olunmasıdır. Gömrük sistemində aparılan və artıq birinci mərhələsi başa çatan islahatlar çərçivəsində informasiya texnologiyalarının tətbiqi hesabına bir sıra innovasiya layihələri həyata keçirilir. Əsas hədəflərdən birinin də gömrük-sərhəd keçid məntəqələrində elektron növbə sisteminin tətbiqi hesabına sıxlığın aradan qaldırılması olduğunu deyən Komitə sədri bu kimi layihələrin ətraflı şəkildə öyrənilərək tətbiq edilməsinin vacibliyini vurğuladı. Ölkələrimiz arasındakı iqtisadi münasibətlərin hazırkı vəziyyətindən danışan Estoniyanın  Azərbaycandakı səfriliyinin müvəqqəti işlər vəkili Mariya Tasa və Estoniya-Azərbaycan Ticarət Palatasının sədri Jana Kumpe gömrük sahəsindəki əməkdaşlığın əlaqələrin daha da inkişaf etdirilməsinə şərait yaradacağını bildirdilər. Sonra estoniyalı mütəxəssis tərəfindən Nəqliyyat vasitələrinin sərhəd-buraxılış məntəqələrindən keçməsinin tənzimlənməsi məqsədilə yaradılan elektron növbə sistemi”nin təqdimatı keçirildi. Sonda “Növbələrin idarə olunması” adlı videoçarx nümayiş olundu.

Daha çox xəbərlər