Siyasət 

Boltonun Azərbaycana səfərinin tarixi açıqlandı

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri oktyabrın 24-də baş tutacaq. O, ölkənin rəsmi şəxsləri ilə görüş keçirəcək.

ARANTV.AZ xəbər verir ki, bununla bağlı “RİA Novosti” diplomatik mənbəyə istinadla məlumat yayıb.

Bundan öncə, Bolton “Twitter” hesabında oktyabrın 20-də Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstana səfər edəcəyini bildirmişdi.

“Bir neçə görüş keçiriləcək və regional məsələlər müzakirə ediləcək”, – mənbə qeyd edib.

oxu.az

Daha çox xəbərlər