Sosial 

Sumqayıt Kimya Sənaye Parkının Peşə Təhsil Mərkəzi tələbə qəbulu edlan edib

Sumqayıt Kimya Sənaye Parkının Peşə Təhsil Mərkəzi 2020/2021-ci tədris ili üçün tələbə qəbulu elan edib.

ARANTV.AZ xəbər verir ki, qəbul aşağıdakı ixtisaslar üzrə olacaq:

– Torna və frezer dəzgahların operatoru

– Proqramla idarə olunan dəzgahların operatoru

– Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru

– Sənayedə quraşdırma işləri üzrə usta

– Veb dizayner və proqram təminatçısı

Qeyd edək ki, təhsil müddəti 1 ildir və qəbul müsahibə yolu ilə həyata keçiriləcək.

Müsahibədə tam orta təhsilli şəxslər iştirak edə bilərlər.

Sənədlərin qəbulu 15 avqust 2020-ci il tarixinədək Elektron qəbul sistemi (https://bit.ly/300YIef) vasitəsilə aparılacaq.

Əlavə məlumat üçün:

Telefon: +994 12 488 80 65 (daxili 700 və 120)

E-poçt: ptm@economy.gov.azOxu.Az

Daha çox xəbərlər